Kişilərlə görüşməkdən imtina etdi, 106 il yaşadı

106 yaşlı britaniyalı qadın özünün uzunömürlülüyünün səbəbini kişilərlə münasibətdən imtina etməsi ilə izah edib. Medlin Day 1912-ci ildə Sayt-Yorkşir qraflığının Xeli şəhərində anadan olub. O iddia edir ki, həyatında bir dəfə belə kişi ilə görüşməyib, birinci dəfə pivəxanaya 90 yaşında gedib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Day hesab edir ki, kişilərdən tamamilə imtina səbəbindən stressdən, nikahla bir-birinə bağlanmaqdan və münasibətdən canını qurtarıb.

 

Qohumları öyünürlər ki, o, ömründə əl ağacından istifadə etməyib, özü geyinir, fəal hərəkət edir və ətrafındakılarla ünsiyyətdə olur.

 

“Nə zaman ondan keçmişdəki sevgi romanı haqda, yaxud əri olub-olmadığını soruşanda həmişə bu cavabı verib: “Məndə heç vaxt dediklərin olmayıb, ona görə də indiyədək yaşayıram”, – 80 yaşlı bacısı qızı söyləyib.

 

(Visited 128 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir