Ürəklə bağlı məlum olmayan problem açıqlandı

ABŞ-ın Buffalo Universitetinin elmi mütəxəssislərinin təqdim etdiyi hesabata görə, ağız boşluğunda xoşagəlməz “qoxuların” yaranması ürəyin işində təhlükəli pozuntuların xəbərdarlığı ola bilər.

 

Medpress.az xarici mətbuata istinadən bildirir ki, amerikalı tədqiqatçılar qəribə qanunauyğunluğu infarkt keçirən kişilərin tibbi məlumatlarını təhlil edəndə aşkarlayıblar. Məlum olub ki, belə kişilərin ağız boşluğunda infarkt keçirməyənlərlə müqayisədə daha çox bakteriya yığılır.

 

Alimlər iki növ bakteriyalar aşkar edblər: Tannerella forsynthesis və Prevotella intermedia. Tədqiqatçıların sözlərinə görə, məhz ağızdakı bakteriyanın yüksək konsentrasiyası çox vaxt üfunətli nəfəsin əlaməti olur.

 

Onlar belə ehtimal söyləyiblər ki, ağıza bakteriya toplanmasının çoxalması ürəyin işemik xəstəliyini təsdiqləyə bilər.

 

(Visited 136 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir