Doyunca yuxulamaq üçün saat neçədə yatmaq lazımdır?

Tez oyanmaq çox faydalıdır, amma bunu necə əzab çəkmədən etmək olar? Amerikanın Ekstera universitetindən olan alimlər araşdırma ilə müəyyənləşdiriblər ki, günəşin ilk şüaları ilə oyanan insanlarda depressiya nahara qədər yataqda dincəlməkdən həzz alanlarla müqayisədə nadir halda olur.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bunun elmi izahı da var. Saat 10-dan 12-də qədər yuxu hormonu melatonin istehsal olunur, bunu xoşbəxtlik hormonu da adlandırırlar. Onun sayəsində bizim orqanizmimiz dincəlir.

 

Amma tez yuxuya getmək üçün axşam saat 7-dən orqanizmi, xüsusilə mədəni enerjiqoruyucu rejimə çevirmək lazımdır.

 

“Saat 19:00-dan sonra heç bir fiziki yüklənmə olmamalıdır. Axşam idman zalından və hovuzdan sonra – səhər heç cür olmaz – insan yuxusuzluq hiss edir”, – mütəxəssislər buna əmindirlər.

 

Gündüz yatmaq istəyirsinizsə – özünüzü bundan məhrum etməyin. Yuxu ilə gücü bərpa etmək olar, ancaq bir saatdan çox çəkməməlidir. Gündüz yuxusu üçün ən yaxşı vaxt 15:00-a yaxındır. Bundan gec olmaz, çünki axşam qrafik üzrə yatmaq alınmayacaq.

 

(Visited 253 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir