Hər gün soğan və sarımsaq yeyin: Bağırsaq xərçəng riskini azaldacaqsınız

İrlandiya, Böyük Britaniya və Çindən olan onkoloqlar müəyyən ediblər ki, hər gün yeməklə soğan və sarımsaq qəbulu bağırsaq xərçəngi xəstəliyinə yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır.

 

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, müşahidələrdə 1,6 min insan iştirak edib. Tədqiqatçılar müəyyən edə biliblər ki, 74 qram soğan istifadə etmək xəstələnmək riskini 79 faiz aşağı salır. Bu xüsusiyyətləri ilə göy soğan və sarımsaqda da var. Bütün bioloji aktiv maddə allicin sayəsində hüceyrələr azad radikallardan xilas ola bilir.

 

İrlandiyada bağırsaq xərçəngi yayılmasına görə dəri xərçəngindən sonra ikinci hesab olunur. Alimlər qeyd edirlər ki, bağırsaq xərçənginə yoluxmanın səbəbi düzgün qidalanmamaq və həyat tərzidir, profilaktika üçün əsas yol  zəngin lifləri olan məhsullardan istifadə edilməsidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir