Axşamlar gec yemək ürək üçün təhlükəlidir – XƏBƏRDARLIQ

Amerikanın kardioloqlar assosiasiyası xəbərdarlıq edir: axşamlar gec yemək ürək üçün təhlükəlidir. Onların sözlərinə görə, sutkanın gec vaxtında yemək adəti təbii bioloji  ritmləri pozur və diabet və ürək-damar sistemi də olmaqla bir sıra xəstəliklərin inkişafına səbəb ola bilər.

 

Medpress.az xarici mətbuata istinadən bildirir ki, mütəxəssislər araşdırma zamanı yaşları 18-dən 76-ya qədər olan 12708 insanın məlumatlarını öyrəniblər. Onlardan heç birinin həmin an nə diabet, nə də ürək xəstəliyi olmayıb. Alimlər zamanla hər bir iştirakçının qida qəbulu ilə sağlamlıq vəziyyətinin parametrlərini əlaqələndiriblər. Onlar gec şam yeməyi ilə (axşam saat 18-dən sonra) müxtəlif xəstəliklərin inkişafı riski arasında birbaşa əlaqə olduğunu müəyyənləşdiriblər.

 

Xüsusilə də məlum olub ki, sutkalıq kalorinin ən azı 30 faizini saat 18-dən sonra qəbul edən insanların qanında şəkərin səviyyəsi daha yuxarıdır və qan təzyiqi də daha yüksəkdir. Şam yeməyini daha erkən yeyənlərdən fərqli olaraq bu insanların təxminən 23 faizində hipertoniya riskinin inkişafı, 19 faizində diabet ərəfəsi risk yüksək olur.

 

(Visited 105 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir