Azərbaycanda ilk dəfə insana süni ürək köçürüldü

Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb.

 

Medpress.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzində ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilən xəstəyə yüksək ixtisaslı ürək-damar cərrahı Anar Əmrah və onun komandası süni ürək implantasiyası (ölkədə ilk dəfə olaraq, çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi – HeartWare) uğurla həyata keçirib.

 

Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstə, nəhayət Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Kardioloqlar Abbasəli AbbasəliyevŞahin Xəlilov maksimal tibbi müayinə apardıqdan sonra ürək-damar cərrahı Anar Əmrah və kardioloqlar qərara gəliblər ki, xəstənin tək ümidi ürək transplantasiyası və ya süni ürək implantasiyasıdır.

 

Süni ürək xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahiyyə yolu ilə yerləşdirilir.

 

Dünyada ürək çatışmazlığı olan bir çox xəstələrin yaşama ümidi olan süni ürək mexaniki bir pompadır. Süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər.

 

(Visited 118 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir