Çuğundurun sizin ağlınıza gəlməyən faydaları

Elmi əməkdaşlar çoxsaylı eksperimentlərdən sonra sübut ediblər ki, çuğundur heç nə ilə əvəzlənməyəcək unikal tərəvəzdir.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, birincisi, bu məhsulun tərkibində çox faydalı maddə var: A qrupu vitaminləri, B qrupu vitaminləri, fosfor, dəmir, kalium, sink və R vitamini.

 

İkincisi, o, şlakları və zəhərləri bədəndən çıxarmaq üçün hədsiz antioksidantla zəngindir. Əgər gündəlik çuğundur yeyərsinizsə, onda sizin dəriniz xeyli yaxşılaşacaq. O, həmçinin təzyiri normallaşdırır, qaraciyər və mədə-bağırsaq traktına faydalı təsir göstərir.

 

Mütəxəssislər qeyd edirlər ki, çuğundur digər tərəvəzlərdən fərqli olaraq, həm çiy, həm də qaynadılmış formada xeyirlidir.

 

Məsələn, çuğundur qanın tərkibini əhəmiyyətli dərəcədə yaşılaşdırır və metabolizmin işini təmin edir. Orqanizmdə bəzi mikroelentlərin çatışmazlığını yaşadığı yaz fəslində qəbul etmək xüsusilə yaxşıdır. Bundan əlavə, bu məhsulun tərkibində bağırsaq hərəkətliliyinin artıran lif və üzvi turşular var. Bu səbəbdən çuğundur artıq çəki ilə mübarizə üçün də idealdır.

 

 

(Visited 240 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir