Bu qız sutkada 22 saat yatır – VİDEO

İngiltərənin Lesterşir qraflığının Lester şəhərində yaşayan 21 yaşlı Roda Rodriqes-Diaz nadir xəstəlikdən, Kleyne –Levina sindromundan əziyyət çəkdiyindən sutkada 22 saat yatır.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, xəstəliyin qızın həyatını çətinləşdirdiyi hiss olunur. Bundan başqa, ona elə gəlir ki, “həyat onun yanından keçib gedir”.

 

“Reallıq mənim başıma ağrılı təsir edir. Mən ayağa duranda başa düşürəm ki, bir həftə həyatımı itirmişəm. Baş verən bu durum mənim üçün çox pisdir”, – qız gileylənib.

 

Rodanın ən uzun xəstəlik müddəti 3 həftə çəkib: o, üç həftə boyu demək olar həmişə yatıb, bəzən yalnız yemək, nəsə içmək və ayaqyoluna getmək üçün yerindən qalxıb.

 

Qızı 2018-ci ildə kurs işlərini vaxtında vermədiyinə və imtahanların yarısına gəlmədiyinə görə universitetdən qovublar. O, bundan sonra həkimə müraciət edib və diqanoz qoylub. Diaqnoz məlum olandan sonra Roda universitetə bərpa olunub.

 

Qızın uşaqlıqdan hipersomniyası olub. O, daima gündüzlər yuxusuzluq və yorğunluqdan əziyyət çəkib. Buna görə dərslərini oxuması və idmanla məşğul olması çətinləşib.

 

 

“İnsanlara harada olduğumu izah etmək çox çətindir. Nadir xəstəlikdir, ona görə insanların çoxu mənimlə nə baş verdiyini başa düşmür. Lakin xəstəliyimin həyatıma az təsir göstərməsi üçün mübarizə aparıram”, – Roda söyləyib.

 

Həkimin yanına gedəndən sonra üzləşdiyi durumun öhdəsindən daha yaxşı gəlməyə başlayıb və yaşlandıqca problemin həll olunacağına ümid edir.

 

Xalq arasında yatan qız adlanan Kleyne-Levina sindromu daha çox gənclik dövründə ortaya çıxır. Xəstəliyin əlamətini dərman vasitəsilə yüngülləşdirmək mümkündür. Bu çox nadir xəstəlikdir və milyon insandan birində rast gəlinir.

 

(Visited 103 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir