Dünya çempionunun hansı xəstəlikdən öldüyü AÇIQLANDI

İkin rəyə əsasən qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov ağciyər tromboemboloyası nəticəsində vəfat edib.

 

Medpress.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idmançı Xamis Məmmədov kəskin pnevmoniya diaqnozu ilə yanvarın 24-də Sabunçu rayon 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb.

 

“Görülən bütün reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və idmançı yanvarın 26- da vəfat edib. Mərhumun yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə edilmədiyindən onun hansı səbəbdən ölməsini dəqiq söyləmək mümkün deyil. Ona görə də yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub”, – məlumatda qeyd edilir. 

 

(Visited 144 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir