Səhərlər isti su içmək faydalıdır əfsanəsi həqiqətdirmi?

Oyandıqdan sonra isinmək üçün günə isti bir fincan çay və ya qəhvə ilə başlayırlar. Ya da su içmək vərdişiniz varsa, yəqin ki, soyuq su içirsiniz, elə deyilmi? Xüsusilə səhərlər boş mədəyə isti su içsəniz, bədəniniz üzərində böyük faydalar təmin edə bilirdinizmi? Bu yazıda sizə səhərlər isti su içməyimizin əsas səbəblərini göstərəcəyik.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, səhərlər isti su içsəniz, bədəninizi zərərli toksinlərdən təmizləməyə kömək edir. Bunun səbəbi, suyun və digər mayelərin mədədə ərzaqların parçalanmasını artırması və həzm sisteminin yaxşılaşdırılmasıdır. Bu səbəblə, soyuq suyu isti su ilə dəyişdirməyi təcrübədən keçirin və xüsusən yeməklərdən sonra həzm sisteminizi artıracaqsınız.

 

Səhərlər boş mədəyə 1 stəkan ilıq su için. Metabolizminizi artıracaq və orqanizminizin düzgün işləməsinə yardımçı olacaq. Mədə bakteriyaları dərhal yox olacaq.

 

Bəzi insanlar isti suyun ən güclü təbii dərman olduğuna və menstrüel (ay başı ağrıları) ağrıdığından ağrını yüngülləşdirəcəyinə inanır. Bu suyun temperaturu qarın əzələlərini rahatlaşdıracağından ağrını azaldacaqdır. İsti su, kapilyar qan dövranını artırır və əzələləri rahatlaşdırır.

 

Bir növ pəhriz saxlasanız, yəqin ki, səhərlər bir stəkan ilıq suyun kilo vermənizə köməkçi olacağını eşitmisiniz, elə deyilmi? Bunun səbəbi, isti suyun bədən temperaturunu artırması və orqanizminizə təkan verməsidir. Bu şəkildə, orqanizminiz daha çox kalori yandıracaq və böyrəklərinizə, digər orqanlarınıza da faydalı bir təsiri olacaq.

 

Daha əvvəl də qeyd etdiyimiz kimi, səhərləri isti su qəbul etsəniz, qarnınızın, bədəninizin bütün zərərli toksinləri və tullantıların təmizlənməsinə köməkçi olarsınız. Bu şəkildə, qan dövranınız artacaq.

 

 

 

 

(Visited 129 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir