Sabah Bakıda güclü yağış gözlənilir – PROQNOZ

Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında yanvarın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz olacaq.

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.   

 

(Visited 43 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir