Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Dekabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz arabir güclənəcək.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın hərarəti Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz olacaq.

 

Azərbaycanın qərb rayonlarında gündüz hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında, axşam isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın hərarəti gecə 2-5, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

 

Nazirlik xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 20-21-də arabir yağış yağacağı, dekabrın 20-də bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında dekabrın 20-21-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

 

(Visited 29 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir