Yeni doğulan uşağı öpməyin! Öldürə bilərsiniz

Uest-Yorkşir sakinləri Ayneson və Tomas Kammins herpes virusuna görə yeni doğulan qızları Kyaranı itiriblər. Körpə anadan olandan iki həftə sonra ölüb. Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Kyara sağlam doğulub və iki gün sonra onu anası ilə evə buraxıblar. Tezliklə valideynlər körpənin çəkisinin artmadığını, əksinə, arıqladığını görüblər. Valideynlər həkimə müraciət ediblər.

 

Xəstəxanada onlara deyiblər ki, qızları herpes virusuna yoluxub. Bu səbəbdən böyrəklər işləmir. Qızcığaz reanimasiyaya yerləşdirilib. Bir müddət sonra onu həyatda saxlamaq üçün aparata qoşmaq lazım olub, tezliklə həkimlər valideynlərə xəbər veriblər ki, ümid yoxdur – virus qızın beyninə kifayət qədər güclü təsir edib. Onu aparatdan ayırmaq qərara alınıb.

 

 

Körpələr nadir halda herpesə yoluxurlar, yoluxma daha çox analardan keçir. Kyara ilə bağlı hadisədə tamam başqa cür olub –o, qohumunun öpməsindən sonra virusun kəskin formasına yoluxub.

 

Yeni doğulanlar üçün herpes çox təhlükəlidir. Yoluxma ciddi nəticələrə gətirib çıxara bilər, çünki körpənin sinir sistemi sona qədər formalaşmayıb. Ağır hallarda körpə ölə də bilər.

 

Yaşlı insanların 95 faizi herpesə yoluxub. Virus, bir qayda olaraq, çox nadir hallarda özünü göstərir – immunitet zəiflədikdə, güclü stress keçirəndə. Kəskin mərhələdə baş verən səpmə hamıya tanışdır. Məhz kəskinləşməsi zamanı xəstəlik yoluxucu olur.

 

(Visited 68 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir