Ermənistanda boşanmaların sayı kəskin artıb.
Medpress.az Ermənistan mediasına istinadən bildirir ki, bu haqda Dövlət statistika komitəsindən məlumat verilib.
Ermənistanda 2017-ci ildə 15214 nikah qeydə alınıb. Bu, bir il əvvəlkindən 6,6 faiz azdır.
Boşanma halları isə 8 faiz artaraq 3940 təşkil edib.
Nikaha girən kişilərin orta yaş həddi 31,1, qadınlarda 27,7 təşkil edib. İlk nikahla bağlı orta yaş həddi müvafiq olaraq 29,9 və 26,6-dır.