Bu qadın ehtiyacı olan ailələrə uşaq doğur

52 yaşlı Kerol Xorlok Böyük Britaniyada ən məhsuldar surroqat ana hesab olunur. Qadın 15 uşaq doğub və 16-cıda dayanmağı planlaşdırır.

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, hazırda yeni ildə ailəyə artım planlaşdıran cütlük, yaxud tənha qız axtarır.

 

Esseks sakini dünyada ən məhsuldar surroqat ana olmaq üçün 53 yaşına qədər doğmaq istəyir.

 

Lakin Kerol iyun ayında artıq 20 ildir görüşdüyü sevgilisinə ərə gedəcəyinə görə qətiyyən peşiman deyil. Çox güman ki, qadın səcdəgaha artıq qarnı hiss olunacaq dərəcədə şişmiş şəkildə gedəcək.

 

Kerol özünün iki qızını – 28 yaşlı Steffani və 24 yaşlı Meqanı böyüdür. Qadın ümumilikdə 6 cütlüyə uşaq əldə etməyə kömək edib və hətta üçəm də doğa bilib.

 

Sonuncu uşaq 2013-cü ildə doğulub, bundan sonra Kerol uşaq salıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir