Qadınlarda sidik qaçırma (sidiyi saxlaya bilməmək, sidik saxlanmazlığı) dedikdə, bərkdən öskürmək, gülmək, asqırmaq zamanı, habelə hər hansı səbəb üzündən qarın və çanaq əzələlərinə güc, təzyiq düşdüyü zaman qadının özündən asılı olmayaraq sidik qaçırması nəzərdə tutulur.
Medpress.az bildirir ki, həkim-uroginekoloq Aygün Səlimova bunun səbəblərini açıqlayıb:
1. Yumurtalıqların tədricən sönməsi və bununla əlaqədar estrogenlərin miqdarının azalması, onların çatışmaması toxumaların elastikliyini azaldır.
2. Daxili orqanların yerləşməsi və fəaliyyətində patoloji dəyişikliklər.
3. 40 yaşından yuxarı uşaqlıq və uşaqlıq yolunun tədricən sallanması baş verir. Bu orqanlar sidik kisəsi və düz bağırsağın divarlarına artıq təzyiq göstərməyə başlayır.
Sidik kisəsinin daimi qıcıqlanması nəticəsində divarlarının elastikliyinin azalması yaranır.
4. Uşaqlıq yolunun selikli qişasının quruluğu. Bu zaman qaşınma, göynəmə və qıcıqlanma olur, hansı ki, öz növbəsində infeksion prosesin inkişaf etməsinə və nəticə olaraq sidik ifrazının pozulmasına səbəb olur.
5. Böyrəklərin, qalxanvari və mədəaltı vəzlərin xroniki xəstəliklərinin inkişafı və kəskinləşməsi. Belə xəstəliklər sidik-ifrazat sisteminin fəaliyyətini pozur.
6. Piylənmə.
Artıq çəki – klimaks yaşayan qadınlar üçün tipik əlamətdir. Hətta bir neçə kiloqram artıq çəki kiçik çanaq orqanlarına əlavə təzyiq yaradaraq onların funksiyalarının pozulmasına gətirib çıxara bilər.
7. Histerektomiya. Uşaqlığın çıxarılmasından sonra sidik qaçırma – cərrahi xəstəliyin çox rast gəlinən fəsadlarından biridir. Bu sidik kisəsilə ümumi olan bağ aparatının zədələnməsi ilə əlaqədardır.
8. Klimaks zamanı əmələ gələn sidik qaçırma qadını fiziki və mənəvi diskomfort keçirməyə məcbur edir, hansından ki, yalnız kompleks müalicə ilə qurtulmaq olar.
Bütün bunlar sidikqaçırmanın başlıca səbəblərindəndir. Ancaq problemin həll yolu əlbəttə ki, var.