Plastik əməliyyat qadının həyatını cəhənnəmə çevirdi

 34 yaşlı amerikalı Andrea Kinqin döşlərinin ölçüsünü bir qədər böyütmək qərarı həyatını əsl cəhənnəmə çevirib.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, qadın döşlərini A ölçüsündən C ölçüsünə qədər böyütmək məqsədilə ümumilikdə 35 min dollar xərcləyib. Andrea ümid edib ki, bu, onun özünə əminliyini qaytaracaq, ancaq bunun əvəzinə sağlamlığı ilə bağlı ciddi problemlə üzləşib.

 

O, dörd il ərzində xəstəxanada çoxsaylı müayinələrdən keçib: həkimlər onda çoxlu izahatı olmayan müəmmalı əlamətlər aşkar ediblər. Andreada gah revmatoid artritdən (ən çox yayılmış və ağır oynaq xəstəliklərindən biridir), gah qurdeşənəyindən, gah da Şeqren sindromundan (Şeqren sindromu (SS) xüsusilə gözyaşı və tüpürcək vəzi başda olmaqla ekzorin vəzlərin limfosit infiltrasiyası ilə xarakterizə olunan xroniki, sistemşəkilli, autoimmun xəstəliyidir) şübhələniblər. Qadın hətta HİV immunitetin zəifliyi üzündən analiz də verib.

 

Qadın pilləkənlə çətnliklə qalxıb, çiyinləri və boynunda, oynaqlarında və əzələlərində güclü ağrıları, təngnəfəsliyi və başgicəllənməsi başlayıb.

 

Bundan əlavə, xroniki bakterial infeksiya inkişaf edib, qan dövranı, xroniki ishal problemləri olub. Bu, Andreada dəqiq diaqnozsuz müəyyən edilən 54 simptomun yalnız kiçik hissəsidir.

 

Nəticədə Andrea özü araşdırma aparmalı olub. Məlum olub ki, onda “döş implantasiyası xəstəliyi” adlanan xəstəlik inkişaf edib və bu zaman orqanizmin immun sistemi yad cizmə qarşı “üsyan edir”.

 

İmplantasiya çıxarılandan sonra qadının vəziyyəti normallaşıb.

 

(Visited 67 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir