Yeni il süfrəsində zəhərlənməməyin QIZIL QAYDALARI

Heç kimə sirr deyil ki, Yeni il gecəsinin səhəri, ümumiyyətlə isə bayram günlərində insanların əksəriyyəti özlərini pis hiss etməkdən şikayətlənirlər. Yeni il süfrəsindəki yağlı və ağır yeməklər, eləcə də alkoqol böyük sınaq hesab olunur. Yeni il masasından qaynaqlanan ən xoşagəlməz nəticələrin qarşısını almaq üçün bəzi qaydalara əməl etmək lazımdır.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, tibb işçiləri məsləhət görür ki, yalnız etibarlı  yerlərdən qida məhsulları almaq  lazımdır. Məhsulları seçərkən nəinki istehsal tarixinə diqqət yetirmək, həm də istifadə müddətinə, eləcə də mağazada temperatur  rejiminə əməl edilib-edilmədiyinə baxmaq  lazımdır.

 

Daha bir qayda spirtli içki alışı ilə bağlıdır. Spirtli içkilərdə heç bir halda pula qənaət etmək olmaz. Onları yalnız ixtisaslaşdırılmış supermarketlərin və ya ixtisaslaşdırılmış mağazaların şöbələrindən almaq lazımdır. Yalnız sınanmış məşhur brendlərə üstünlük verin. 

 

Yeni il xörəklərinin hazırlanmasında mətbəxin, mətbəx avadanlığının və əllərin təmizliyinə nəzarət etmək zəruridir.

 

Hazır yeməkləri ayrıca, xüsusi konteynerdə saxlayın. Ən başlıcası, salatlara mayonez və müxtəlif souslar qatmayın. Bütün salatları bilavasitə süfrəyə gətirəndə qatışdırın.

 

Tibb işçiləri, həmçinin dondurulmuş delikateslərdən və kifayət qədər ağır, eləcə də naməlum yeməklərdən imtina etməyi məsləhət görürlər.

 

Bir sözlə, sizə ən tanış inqrediyentlərlə sadə yeməklər hazırlayın.

 

(Visited 63 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir