Şəkər xəstələri koronavirusdan necə qorunmalıdırlar? – HƏKİM MƏSLƏHƏTİ

Son vaxtlar koronavirus pandemiyasına yoluxma halları, eləcə də bu virusdan ölüm halları durmadan artmaqdadır. COVİD-19-dan dünyasını dəyişənlərin əksəriyyəti isə risk qrupuna aid olanlardır. Artıq məlum olduğu kimi, risk qrupunda ilk yeri tutanlar şəkərli diabet xəstələridir. Bəs, belə xəstələr koronavirusdan qorunmaq üçün nə etməlidirlər? Bu barədə Medpress.az-ın sullarını həkim-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Oqtay Hüseynov cavablandırıb.

 

Həkim deyir ki, şəkərli diabet olan xəstələrdə, xəstəliyin tipindən, yaşından asili olmayaraq bakteriyal və virus infeksiyasının inkişafı ehtimalı daha yüksəkdir: “Bildiyiniz kimi, COVID-19 virus mənşəli infeksiyadir. Qeyd etmək lazımdır ki, koronavirus ürək və ağciyər xəstəlikləri olanlarda, yaşlı pasiyentlərdə daha çox müşahidə olunur”.
Bəs,⠀belə xəstələr koronavirusa yoluxma riskini azaltmaq üçün nə etməlidirlər?
O.Hüseynov deyir ki, ilk növbədə diabetin tam kompensasiyasina nail olmaq lazımdır: “Bu, o deməkdir ki, şəkərin göstəriciləri normal səviyyədə olmalidir. HbA1C və qanda şəkərin miqdarı mütəmadi yoxlanılmalıdır. Əgər şəkər qanda yüksəkdirsə, müalicə həkiminizə müraciət edin. Kifayət qədər maye qəbul etmək məsləhətdir.
Əgər siz artıq koronavirusa yoluxmusunuzsa, panikaya düşmək lazım deyil. Stress nəticəsində şəkər daha çox artir.
Koronavirus infeksiyasi hər iltihabi proses kimi şəkərsalıcı müalicəyə tələbatı artırır. Çox vaxt şəkərsalıcı həblərdən insulinə keçmək vacibdir.
Əgər sizdə şəkər yüksəkdir və qusma, ürəkbulanma, qarın nahiyəsində ağrılar kimi əlamətlər varsa, mütləq sidikdə və yaxud qanda keton cisimləri (aceton) yoxlatmaq zəruridir.
(Visited 396 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir