Plastik məişət əşyaları yasaqlanacaq

Avropa İttifaqı (Aİ) plastik məişət əşyalarının, o cümlədən qab-qacağın istifadəsinə qadağa qoyan sənədin müddəalarını razılaşdırıb.

 

Medpress.az “Report”a istinadla xəbər verir ki, Almaniyanın N-TV telekanalının yaydığı məlumata görə, daha ekoloji materiallardan hazırlanması mümkün olan vasitələrin polimer məhsullardan hazırlanmasına son qoymaq təşəbbüsünün iki il ərzində həyata keçiriləcəyi gözlənilir. Həmin tədbirlər nəticəsində ətraf mühitə vurulan 22 milyard avroyadək ziyanın qarşısının alınacağı qeyd olunur.

 

Xatırladaq ki, bu ilin may ayında Avropa Komissiyası Avropa dənizlərinə atılan plastik tullatnıların 70 faizini təşkil edən 10 adda məhsulun siyahısını tərtib etmişdi. Bu siyahıya plastik qab-qaacaq və bəzi başqa məmulatlar daxil edilib.

 

Avropa Komissiyasından plastik qabların istehsalına qadağa qoymaq yox, onların maksimum dərəcədə emal olunmasına nail olmaq məqsədi güddüklərini bildiriblər.

 

(Visited 101 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir