Maaşlarını ala bilməyən həkimlər məmur arvadını girov götürdülər

Meksikanın Tabasko ştatının Vilyaermosa şəhərindəki uşaq xəstəxanasının əməkhaqqı borclarının ödənilməsini tələb edən işçiləri qubernator Arturo Nunyesanın həyat yoldaşını girov götürüblər.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bütöv ailənin inkişafı yerli sisteminə rəhbərlik edən Marta Liliya Lopes 6 saat boyunca həkimlərin əlində girov qalıb. O, yerli polisin güc tətbiqi hesabına azad olunub. Qadın xəsarət almayıb.

 

Etirazçılar prokurorluğun iki avtomobilini çevirərək şüşələrini sındırıblar.

 

Tabaskoda tibb sahəsində çalışanların əməkhaqqı borcu və illik mükafatı 200 milyon pesodan çox- 10 milyon dollara yaxın qiymətləndirilir.

 

(Visited 49 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir