Perdyu Universitetindən olan alimlər araşdırma aparıblar. 184 cütlük bu zaman 16 ay bir yerdə yaşayıb.
Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mütəxəssislər gənc insanlarla sorğu zamanı müəyyənləşdiriblər ki, sevgililər öz münasibətlərində daha çox dostluğu dəyərləndirirlər.
Mütəxəssislər təhlildən sonra müyyənləşdiriblər ki, keyfiyyətli intim həyat tərəfdaşlıq münasibətlərinin möhkəmliyini təmin edir. Sorğu iştirakçılarının fikrincə, məhz onların başladığı əlaqə sonradan ən böyük seks məmnunluğunu göstərir.
Beləliklə, təkcə sevgili yox, həm də dost olan cütlüklərdə intim həyat ideala ən yaxın olub.