Ərlə arvad sekslə nə qədər məşğul olmalıdır? – ARAŞDIRMA

Söhbət intim münasibətdən gedəndə bir çoxları şişirtməyə meyllidir. Kimsə cinsi orqanının ölçüsü haqqında yalan danışır – digərləri tərəfdaşlarının sayını qəsdən artırır, yaxud bir qədər azaldır, üçüncü isə çox saatlı seks haqqında nağıllar danışmağa meyllidir.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, cütlüklərin sevgi əyləncəsinə vaxt ayırdıqları ilə bağlı məsələyə alimlər aydınlıq gətiriblər. Araşdırmaya əsasən yaşlı adam orta hesabla ildə 54 dəfə sekslə məşğul olur. Alimlərin məqaləsində qeyd edilir ki, həftədə heç olmasa bir dəfə intim yaxınlıq edən cütlüklər cinsi əlaqəsi tez-tez olanlardan xoşbəxtdirlər.

 

Daha bir araşdırmada söhbət cinsi təmasların tezliyindən gedir – bir, yaxud həftədə bir neçə dəfə əlaqə sizin ümumi halınıza təsir etmir, çünki seks hormonların daimi “dozada”  xoşbəxtliyinə zəmanət vermir.

 

“Cütlüklər seksual həyatlarında tez-tez səhvə yol verirlər. Həqiqət budur ki, sekslə məşğul olmağın sayı sizi və tərəfdaşınızı təmin edəcək qədər, nə az, nə də çox olmasın”, – Baltimor terapiya mərkəzinin münasibətlər üzrə məsləhətçisi və direktoru Raffi Bilek söyləyib.         

 

“Siz nə vaxt rəqəmləri şişirtməyə son qoyacaqsınız, onda başa düşəcəksiniz ki, münasibətdə hormoniyaya çox sayda amil təsir edir: həyati dəyərlər, həyat tərzi, təbii seksuallıq, sağlamlıq və hər şeydən öncə sizin münasibətinizin keyfiyyəti”, – Corciyanın Berry Collegendən olan professor Brayan Cori vurğulayıb.

 

“Uzunmüddətli münasibətlərin demək olar hamısında 2-3 ildən sonra seksual cinsi darıxma adlanan dövr başlayır. Bu, belə deyək, ailə həyatının elementlərindən biridir, bundan qorxmaq, yaxud utanmaq lazım deyil, çünki darıxmaq təbiətən insana xas xüsusiyyətdir”, – Brayan əlavə edib.

 

Kinsi adına İnstitutun araşdırmasına əsasən, sekslə müntəzəm məşğul olmaq yaşdan asılıdır. 30 yaşa qədər olan insanlar ildə orta hesabla 112 dəfə, yaşları 30-39 arasında olanlar 86 dəfə, 40-49 yaşdakılar 69 dəfə, 50 və ondan yuxaı yaşı olanlar ildə 52 dəfə sekslə məşğul olurlar.

 

Qeyd etmək lazımdır ki, münasibətin məqsədi seks yox, xoşbəxtlikdir. “Seks cütlüklərin xoşbəst olduğu həddə qədər lazımdır. Ekspertlər onunla razılaşar ki, münasibətlərdəki xoşbəxtlik əksinə seksin keyfiyyətini də artırır”, – Cori söyləyib.

 

Əgər siz görürsünüz ki, tərəfdaşınızla münasibətləriniz sinxronlaşdırılmış deyil, bu o deməkdir ki, bu problemin həllinə vaxt ayırmaq vaxtı çatıb. Tərəfdaşınızla nə baş verdiyi haqda danışın, öz fantaziyalarınızı etiraf edin və bir-birinizi mühakimə etməyin. “Cinsi  hormoniyanı əldə etməzdən əvvəl cütlüklərin psixoloji yaxınlığına ehtiyac var”, – professor qeyd edib.

 

 

(Visited 2. 054 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir