Otağın rəngi cinsi münasibəti necə yaxşılaşdırır? – ARAŞDIRMA

Elm növbəti dəfə insanların intim münasibətlərini qurmağa kömək göstərməyə cəhd edib.  Bu dəfə araşdırmaçılar tərəfdaşların ehtiras qığılcımının sönməməsi üçün yataq otağının interyerinin rəngini necə seçmək məsələsini araşdırıblar.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, sorğuda 2 min könüllü iştirak edib. Mütəxəssislər müəyyənləşdiriblər ki, cütlüklərdə ən fəal seksual həyat yataq otağı bənövşəyi rəngdə tərtib olunanda müşahidə edilir. Sorğunun nəticəsi göstərib ki, belə cütlüklər həftədə orta hesabla 3,5 dəfə intim münasibətdə olurlar.

 

Araşdırmaçılar ikinci yerə al-qırmızı rəngi yerləşdiriblər. Belə yataq otağına sahib olanlar həftədə orta hesabla 3,18 dəfə sekslə məşğul olurlar.

 

Mavi rəngli yataq otağının sahibləri intim əlaqəyə həftədə 3,14 dəfə, cəhrayı rəngdə olanlar 3,02, qara rənglilər 2,99 dəfə meyllidirlər. Seksual fəallığın aşağı göstəricisi yaşıl, qəhvəyi və boz yataq otaqlarında qeydə alınıb.

 

Bundan əlavə, məlum olub ki, cütlüklərin seksual həyatına yataq otağının təkcə rəngi deyil, həm də yataq dəyişəyi də təsir göstərir. Burada şərtsiz ipək mələfə liderdir (həftədə 4,25 görüş), reytinqini pərgü yorğan bağlayır.

 

Alimlər seksual həyatlarını rəngarəng etməyə cəhd göstərənlərə onların məsləhətlərini dinləməyə və əgər divarları rəngləməkdən vaz keçirlərsə, heç olmasa yeni dəst yataq ağını almağa çağırırlar.

 

(Visited 482 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir