Növbəti maqnit qasırğasının vaxtı AÇIQLANDI

Builki növbəti maqnit qasırğası fevralın 20-də baş verməlidir. Bu haqda Günəş rentgen astrononmiya laboratoriyasının saytında xəbər verilib.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, alimlər belə proqnozu bundan əvvəlki geomaqnit fırtınaları aralığının təhlili əsasında veriblər. Tədqiqatçılar fenomeni öyrənəndən sonra müəyyənləşdiriblər ki, bundan əvvəl – yanvarın 5-i və 25-də, eləcə də fevralın 1-də baş verən qasırğa eyni səbəbdən meydana gəlib.

 

Bu, növbəti fırtınanın vaxtının qanunauyğunluğunu müəyyənləşdirməyə imkan verib. Laboratoriya əməkdaşlarının sözlərinə görə, axırıncıdan əvvəlki və yeni qasırğa arasında 27 gün keçməlidir.

 

(Visited 134 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir