70 il bir yerdə yaşadılar, əl-ələ tutub öldülər

Avstraliyada 90 yaşlı Norma Cun Platell və onun 92 yaşlı əri Frensis Ernest Platell 70 il bir yerdə yaşayıblar. Həyat yoldaşında Altsheymer xəstəliyi aşkarlananda kişi son zamana qədər ona evdə qulluq etməyə çalışıb. Ancaq özü o qədər zəif olub ki, Normanı qocalar evinə göndərməkdən başqa çarə qalmayıb.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, qızları Amandanın sözlərinə görə, atasının daxilində həmin an sanki nəsə ölmüşdü. Kişinin əlinə hər fürsət düşəndə taksi götürüb, onun nəsə yediyi və televizora baxdığı zaman, sadəcə əlindən tutmaq üçün həyat yoldaşının yanına gedib. Təəccüblü deyil ki, Normanın son başa düşülən ifadəsi “mənim ərim” olub. Tezliklə tale elə gətirib ki, Frensis də sığınacağa düşüb: o, iflic olandan və budundan zədələnəndən sonra tək yaşaya bilməyib.

 

Cütlüyü bir palataya yerləşdiriblər. Beləcə, onlar bir-birinə toxuna da biliblər. Qocalara xas olan əqli zəifliyinə baxmayaraq, Norma ərinə reaksiya verib və onu bir dəqiqə belə tərk etməyib.

 

Onlara qulluq edən tibb bacısı ərlə arvadın vəziyyətinin necə olduğunu yoxlamaq üçün bir dəfə palataya girəndə onlar hələ sağ olublar. Lakin 10 dəqiqə sonra yenidən qayıdanda ər və arvadın artıq nəfəs almadıqlarını müəyyən edib.

 

Norma və Frensis bir yerdə uzun illər yaşayıblar, hətta eyni gündə yox, bir-birindən bir neçə dəqiqə fərqlə bu dünyaya gözlərini yumublar. Həkimlər hətta onlardan hansının bu dünyanı birinci tərk etdiyini müəyyənləşdirə bilməyiblər.

 

Norma varlı ailənin qızı, Frensis isə yoxsul məhəllənin oğlu olub. Onlar rəqsdə tanış olanda, Frensis düşünüb ki, kino ulduzuna vurulub. Norma gözəl və əlçatmaz olub. Ancaq sosial fərq onları 3 uşaqlı möhkəm ailə qurmağa mane olmayıb. Kişinin iki qızıl qaydası olub: heç vaxt gileylənməmək və istənilən söhbəti yaxşı notda başa vurmaq.

 

 

 

(Visited 371 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir