Yuxuya getmək və doyunca yatmaq çox çətindir? İşə getmək üçün səhər tezdən qalxmaq da çətindir? Bu problemlə üzləşənlərə kömək etmək qərarına gəldik.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, tədqiqatçılar tez yuxuya getməyin variantlarını hazırlayıblar. Birinci variant – filmə baxmaq. Bu zaman ən yaxşısı komediya, yaxud sərgüşət filmlərini seçməkdir. Kinoya baxmaq əsəb gərginliyindən xilas olmağa kömək edəcək.
İkinci variant – yuxulamazdan əvvəl kitab oxumaqdır. Oxumaq beyin üçün kifayət qədər yorucu məşğuliyyətdir, ona görə tezliklə yuxuya gedəcəksiniz.