Toz ölümcül təhlükəlidir – XƏBƏRDARLIQ

O, öz-özlüyündə təhlükəli deyil, ancaq onda olan mikroorqanizmlər sağlamlığa ciddi ziyan vura bilər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Şimal-Qərb Universitetinin alimləri aydınlaşdırıblar ki, mikroblarla yanaşı, toz zərrələrində antibakteriyalı triklozan maddələr yerləşir, bu yalnız zərərli orqanizmləri öldürmür, həm də antibiotiklərin müxtəlif növləri üçün onları davamlı edir.

 

Alimlərin fikrincə, triklozan mikroorqanizmlərin genetik kodunu dəyişir. Araşdırmalar göstərib ki, idman zallarında, barlarda, kitabxanalarda, yaxud təhsil müəssisələrindəki tozlarda zəmanət verilən triklozan var və o, 2016-cı ildən gigiyena vasitəsi üçün komponent kimi qadağan altına düşüb.

 

Tədqiqatçılar iddia edir ki, belə mutasiyaya görə, adi tozlardakı mikroorqanizmlərin böyük hissəsi demək olar müalicə təsiri altına düşmür, tam sağalması üçün xüsusi zülallar ayrılmalıdır və xüsusi müalicə zamanı bakteriyaların genetik tərkibi ilə bağlı araşdırma aparılmalıdır.

 

Qənirə MƏMMƏDLİ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir