Kartof yeyin, yuxunuz “şirin” olsun

Gün ərzində düzgün qidalanmamaq axşam yuxusuna mənfi təsir göstərir.

 

Medpress.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, həkim-fitoterapevt Ulduz Hüseynova deyib ki, alimlər araşdırmalar nəticəsində qida rasionunun yuxu rejiminə birbaşa təsir göstərdiyi qənaətinə gəliblər.

 

 

Onun dediyinə görə, yuxusuzluqla mübarizədə banan ən yaxşı təsir edən qidalardan hesab edilir: “Yatmazdan bir-iki saat qabaq banan yemək rahat yuxunu təmin edir. Onun tərkibində melatonin və seratoninlə yanaşı maqneziumun da olması əzələlərə rahatlıq verir.

 

 

Kartof da yuxu üçün səmərəli qidadır. Onun tərkibindəki kriptoxol maddəsi mədəni yormur və turşuluq səviyyəsini aşağı salır. Gilas şirəsi də bu sahədə ən yaxşı vasitələrdəndir. İki həftə ərzində mütəmadi olaraq səhər və axşam bir stəkan turş gilas şirəsi içmək yuxu sistemini qaydaya salır.

 

 

“Ürəyin dostu” adlandırılan badam da tərkibindəki bir sıra vitamin və kalsium sayəsində əzələlərin rahatlığını təmin edir. Axşam yeyilən bir ovuc badam şirin yuxu gətirir”.

 

 

(Visited 90 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir