Badamın dünyanın ən yaxşı qidası olmasının 5 səbəbi

Elm insanları, dünyanın ən qidalandırıcı və filantrop qidasını seçdi. Həm sağlam, həm də çəki vermənizi təmin edən badamın, gündəlik qida ehtiyaclarınızı qarşıladığı qənaətinə gəlindi.

 

Medpress.az xarici mediaya istinadən badamın dünyanın ən yaxşı qida olmasının 5 səbəbini təqdim edir.

 

Elm insanlarının yaxın bir müddətdə apardığı tədqiqatlar nəticəsində dünyanın ən yaxşı yeməklərini xarakterizə etdilər. Mümkün olduqca ən az sayda yeyəcəkləri istifadə edərək və gündəlik qida ehtiyaclarını yüksək səviyyədə qarşılayacaq müxtəlif yeyəcəkləri qruplaşdırdılar. Bunun nəticəsində badam, ən yüksək qida tərkibli və dünyanın ən yaxşı qidası seçilib.

 

Konsentrasiyalı bir qidadır

 

Bir ovuc badam 163 kalori və içərisində zeytun yağında olan sağlam doymamış yağlar vardır. 3,4 qramında omega 3 kimi çoxlu doymamış yağ, 6 qram zülal və 3,5 qram lif olur. Bu baxımdan ürək sağlamlığı və xolesterin ilə birəbir mübarizə edən bir qida qaynağıdır. Konsentrasiya nəyinsə bir yerə cəmlənməsi, toplanması, mərkəzləşməsi deməkdir.

 

Antioksidantlarla zəngindir

 

Hər bir badamın tərkibində çox miqdarda antioksidant olur, xüsusilə çiy badam istifadə etməyiniz orqanizminiz üçün çox faydalıdır. Mütəxəssislər, çiy badam yeməyin günümüzdə üzləşdiyimiz çox stressi azaltdığı istiqamətində nəticələrə gəliblər. Antioksidantlar, bədənimizdə LDL (pis) xolesterinin iltihaplanması kimi hallarla mübarizə edirlər. Badamın bu məsələdə olduqca böyük rol oynadığı görülüb.

 

Yüksək miqdarda maqneziumu var

 

Bir ovuc badam, gündəlik maqnezium ehtiyacınızın 20 faizini qarşılayır. Xüsusilə maqnezium çatışmazlığını badam yeməklə həll edə bilərsiniz.

 

Çəkini azaltmaq üçün mükəmməl bir qidadır

 

Dünyanın ən yaxşı qidası olaraq seçilən badamın, çəki azaltmağa da təsirli olduğu göstərilib. Hər nə qədər yüksək kalorili və yüksək yağlı bir qida kimi görünsə də, olduqca inandırıcıdır. Xüsusən işlənmiş karbohidratların yerinə badam istehlak etməlisiniz, sizə aşağı kalori olaraq qayıdacaqdır.

 

 

(Visited 472 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir