İmtahanı uğurla verməyin sirləri tapıldı – ARAŞDIRMA

İmtahan sessiyasını uğurla başa vurmaq – bu hər bir tələbənin arzusudur. Lakin bəzən imtahan ərəfəsindəki ifrat həyəcan insanın diqqətinin imtahana toparlanmasını aşağı salır və bununla da əldə olunan nəticələr xeyli pisləşir.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, Stenford Universitetinin alimləri həyəcanın öhdəsindən gəlməyə kömək edə biləcək bir neçə üsul tədqim ediblər. Araşdırmaya yüksək və aşağı gəliləri olan ailələrdən 1175 orta məktəb şagirdi cəlb olunub. Onları 4 qrupa ayırıblar.

 

Birinci qrupun könüllüləri öz duyğularını yazmalı olublar, ikinci qrupdakılar həyəcanın əlamətlərini başqa cür düşünmək və müsbət qarşılamaq (ağızda quruluq, ovucların tərləməsi və ürək döyünməsinin sürətləndirilməsi), üçüncülər hər iki usulu birləşdirir, dördüncülər isə yuxarıda adı çəkilən heç bir addımı atmamalı olublar.

 

Məlum olub ki, bu qaydanın tətbiqi semestr ərzində şagirdlərə test ballarını xeyli artırmağa imkan verib.

 

Bundan başqa, faiz nisbətində onlar dördüncü qrup iştirakçılarından fərqli olaraq (18 faiz 39 faizə qarşı) testləri az korlayıblar. Qəribə qanunauyğunluq üzrə müsbət effekt yalnız aztəminatlı ailələrdən olan şagirdlərdə qeydə alınıb.

 

Alimlər qeyd edirlər ki, psixoloqların məsləhətləri həyəcanın öhdəsindən gəlməyə  həqiqətən kömək edir.

 

Belə ki, öz hisslərinin yazılması mənfi fikirlərin öhdəsindən gəlməyə kömək edir, amma həyəcanın fiziki simptomlarının qiymətləndirməsindən – onları qorxunun təzahürü kimi qəbul etməkdən əl çəkmək lazımdır.

 

 

 

(Visited 110 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir