Gilə-gilə arıqladan giləmeyvə

İllinoys Texnologiya İnstitutunun əməkdaşları moruğun faydasına çəkinin azaldılması və diabet xəstələrində qan şəkərinin miqdarına nəzarət sarıdan diqqət yetiriblər. Medpress.az xarici mediaya istinadla xəbər verir ki, moruq qanda qlükozanın miqdarını azaldır və insulin ifrazını nizamlayır.

 

Əgər hər gün moruqdan istifadə olunarsa, o zaman çəkinin real şəkildə azalmasını müşahidə etmək də mümkündür. Moruğun müsbət təsiri artıq çəkidən əziyyət çəkən könüllülər qrupu üzərində sınaqdan keçirilib. Belə ki, onlar iki altqrupa bölünüb: birinci qrupdakılar ikinci tip diabet xəstələri, digərləri isə diabet riski qrupuna aid olanlar idi. Təcrübələrdə, həmçinin sağlam nəzarət qrupu da iştirak edib. Könüllülərə dondurulmuş moruqdan istifadə etməklə müxtəlif miqdarda – bir fincan, iki fincan və ya moruqsuz səhər yeməyi verilib.

 

Sınaqlar göstərib ki, insanlar nə qədər çox moruq qəbul ediblərsə, mədəaltı hüceyrələrə qanda şəkərin miqdarını nizamlamaqdan ötrü daha az insulin lazım olub. Əlavə olaraq, sərbəst şəkərlər orqanizm tərəfindən daha sürətlə istifadə edilib ki, bu da çəkinin azalması şansını artırıb. Alimlərin sözlərinə görə, bu, bədəni şəkəri deyil, piyləri əritməyə məcbur edir. Moruq, həmçinin tərkibindəki sellülozun (mikroflora üçün xeyirlidir), antosianların (flavonoidlər) və ellaqotatinlərin (aşılayıcı xassələri) sayəsində çox faydalıdır.

 

(Visited 6 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir