Şirniyyatdan imtinanın fəsadları

Ekspertlərin fikrincə, pəhriz zamanı şəkərin rasiondan çıxarılması orqanizmdə dəyişikliklərə gətirib çıxarır. Medpress.az “MedikForum”a istinadla xəbər verir ki, Avropanın elmi nəşrlərində bəzi qidaların menyudan çıxarılması nəticəsində insan bədəninin məruz qaldığı dəyişiklikləri izah edən məqalə dərc edilib.

 

 

Neyrobioloqlar bildirirlər ki, yemək orqanizm üçün təbii mükafatdır, insan beyni elə qurulub ki, bütün tələbat onda xoş təəssürat oyatmağa yönəldilib. Elə yemək də ondan həzz almağı təmin edir. Təkamülün formalaşdırdığı mezolimbik yol beyin üçün təbii mükafatların kodunu açır. Bu mükafatların təkrarlanması fərdin yaşaya bilməsi ilə birbaşa bağlıdır. Buna görə də insan orqanizmi karbohidratlarla təchiz edən şirin məhsullara daha çox üstünlük verir.

 

Alimlər laboratoriya şəraitində müəyyən ediblər ki, günün birinci yarısında şirin qidadan məhrum edilən siçanlarda narkotiklərdən asılılığa bənzər əlamətlər müşahidə edilir. Üstəlik, heyvanlarda həyəcanlılıq səviyyəsi artır.

 

Tədqiqatçılar əmindirlər ki, rasionunda şəkərin miqdarını azaldan insanda depressiya və buna bənzər pozğunluqlar müşahidə edilə bilər. Bu, gen ekspressiyasına və dofamin reseptorlarına məhz şəkərin təsir göstərməsi səbəbindən baş verir.

 

Buna görə də insan desert yeyəndə onun əhvalı yaxşılaşır. Şəkərdən tam imtina etmək insanda ruh düşkünlüyünə və həyəcan hissinin artmasına gətirib çıxarır, orqanizm stressin öhdəsindən gələ bilmir, nəticədə hətta ciddi xəstəliklər törəyir.

 

(Visited 33 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir