Seks stressin azalmasına yaxşı təsir edir – ARAŞDIRMA

Şotlandiyadan olan mütəxəssislər söyləyiblər ki, seks, sadəcə zövqverici deyil, həm də orqanizm üçün çox faydalı bir məşğələdir. Elmi əməkdaşlar 24 qadın və 22 kişinin seksual fəaliyyət vəziyyəti ilə bağlı qeydlərini təhlil ediblər.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, təcrübəyə cəlb olunanların sevgi gecəsi keçirəndən sonra stressə məruz qalmaları qərara alınıb.

 

Nəticədə məlum olub ki, müntəzəm və ciddi görüşdən əvvəl sekslə məşğul olan insanlar bundan daima çəkinənlərlə müqayisədə həmişə stressə yaxşı reaksiya verir.

 

Bir sözlə, bu tədqiqat bir daha nümayiş etdirib ki, gündəlik intim münasibət arterial təzyiqin diastolik azalmasına kömək edir.

 

(Visited 90 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir