Uşaqlıqda oğurlanmışdı, 31 il sonra valideynlərini tapdı – VİDEO

31 il əvvəl valideynlərindən oğurlanan kişi ailəsinə qovuşub. Üç yaşlı Çenya Syuepini 1988-ci ildə naməlum şəxslər Quyçjou əyalətindəki tikintidə işləyən valideynlərindən oğurlayıblar. Ərlə arvad  bütün günü oğullarını tapmağa cəhd ediblər, sonra bütün gəlirlərini onun bütün ölkə üzrə axtarışına xərcləyiblər, ancaq uşağı heç yerdə tapa bilməyiblər. Onların imkanı olan kimi yoxa çıxan və oğurlanan uşaqların məlumat bazası üçün polisə DNT nümunələrini veriblər.

 

Medpress.az xarici mətbuata istinadən bildirir ki, 2018-ci ilin axırlarında onlara uşaqlarının ölkənin o biri başındakı Xebey əyalətində Tsin Yuytze adı ilə bir ailədə böyüdüyü xəbərini veriblər. Oğlan uşaqlıqdan hiss edib ki, yaşıdlarına oxşamır və bəzi sözləri başqa formada deyir. Zaman keçdikcə başa düşüb ki, özünün əsl valideynlərinin yanında böyümür, lakin ata-anasını tapmaqla belə anlayışı olmayıb.

 

Ona təsadüf yardımçı olub: o, 2018-ci ildə işə düzəlmək üçün DNT testi verib. Polislər onunla əlaqə saxlayaraq valideynlərinin verdiyi adını çəkiblər. 2019-cu ilin fevral ayında onların qohumluğunu təsdiq edən təkrar DNT testi keçirilib.

 

 

Tsin testin nəticələrini öyrənən kimi arvadı və uşağını da götürərək valideynlərinin yaşadığı Sıçuan əyalətindəki kəndə yollanıb. O, ağlayan valideynlərini qucaqlayaraq, illərlə kim olduğunu tapmağa çalışdığını deyib.

 

(Visited 239 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir