İnsanları öldürəcək yeni xəstəlik təhlükəsi gözlənilir

Çində iki xəstədə əvvəllər məlum olmayan, nə penisillinə, nə də tsefalosporinə reaksiya verməyən Enterobacteriaceae ştammları aşkarlanıb. Bu bakteriyalar mədə-bağırsaq yolunda yaşayır və adətən təhlükə törətmir, ancaq onlar qana düşəndə meningitin inkişafına gətirib çıxarır, ağ ciyərə düşəndə isə pnevmoniyaya səbəb olur.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bunu Sıçuan universitetinin alimləri Qərbi Çindəki hospitalda standart yoxlama zamanı kəşf ediblər. Genetik təhlil iki nadir növ – Enterobacter huaxiensis və Enterobacter chuandaensis bakteriyasını müəyyən etməyə imkan verib. DNT digər növ Enterobacteriaceae-dən onları şəkər və kalium duzunu parçalamaq qabiliyyəti ilə fərqləndirir.

 

Ümumdünya Səhiyyə Təşkilatı artıq çoxdan “postantibiotik erası”nın gəlişini söyləyir – bu zaman bakteriyalar antibiotiklərə qarşı həsssaslığı itiricəklər.

 

Artıq indi tibbə müalicəsi mümkün olmayan infeksiyalar demək olar ki, tamamilə məlumdur. Onların arasında sətəlcəmin, vərəmin, qonoreyanın və salmonellezanın təhlükəli növləri var.

 

Mütəxəssislərin qiymətləndirməsinə görə, əgər heç bir tədbir görülməsə, çox tezliklə bu xəstəliklərə yeniləri əlavə olunacaq, infeksiyalar isə antibiotiklərin kəşfinə qədər olduğu kimi insanları öldürməyə başlayacaq.

 

(Visited 135 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir