Öz qanından dəri üçün vasitə hazırlatdı

Dizayner və məşhur “Spice Gris” qrupunun keçmiş iştirakçısı Viktoriya Bekhem pərəstişkarları ilə öz dərisinə yeni qulluq üsulunu bölüşüb. O, özünün qanından hazırlanan kosmetikadan istifadə etməyə başlayıb.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 44 yaşlı Bekhem deyib ki, yaşlanma əleyhinə üz üçün almaniyalı estetik tibb həkimi Barbara Şturmun hazırladığı Dr.Barbara Sturm nəmləndirmə zərdabını əldə edib.

 

“Doktor Barbara Şturm mənim qanımdan alınan hüseyrələrdən şəfa verən maddə yaradıb. Onun iltihab və regenerasiya əleyhinə yaxşı güclü təsiri var”, – müğənni söyləyib.

 

Devid Bekhemin həyat yoldaşı maskanı gecə saxlayıb və effektindən çox razı qalıb: onun dərisi hiss ediləcək dərəcədə təmizlənib və hamar olub.

 

Məlumata görə, bu vasitənin qiyməti 1,5 min dollardan yuxarıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir