Qızılca xəstəliyi epidemiya həddinə çatdı – GÜRCÜSTANDA

Gürcüstanda bu ilin əvvəlindən qızılcaya 335 yoluxma qeydə alınıb.

 

Medpress.az Gürcüstan mediasına istinadən bildirir ki, bu barədə ölkənin məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko məlumat verib.

 

Onun sözlərinə görə, ölkədə qızılcaya yoluxma epidemik həddə çatıb və bu xəstəliyə qarşı yeganə mübarizə yolu vaksinasiyadır: “Hökumətin bugünkü iclasında qəbul olunacaq qərara əsasən, qızılcaya qarşı peyvənd bütün vətəndaşlar üçün ödənişsiz olacaq”.

 

Nazirin iddiasına görə, Gürcüstan hökumətində qızılca epidemiyasının yayılmasına qarşı kompleks tədbirlər müzakirə olunur və bu xəstəliyə qarşı məcburi peyvəndləşdirmə haqda düşünülür.

 

(Visited 149 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir