İnsanın tezliklə öləcəyini xəbər verən yuxular

Yuxular tibb sahəsinin ekspertləri üçün tədqiqat mövzusu olub. Onları insanların öz ölümlərindən əvvəl gördükləri yuxular xüsusilə narahat edib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bununla bağlı tibbi-sosial müəssisələrdən birində araşdırma aparılıb. Nəticədə məlum olub ki, insanların 59 faizi ölüm ərəfəsi yuxuda onların harasa getməli olduğunu görür.

 

Çoxları qatarda, yaxud təyyarədə özlərinin mərhum tanışları ilə getdiklərini görüblər. Digərləri çemodanlarını yığışdırıb, üçüncülər bilmədikləri hansısa son nöqtəyə doğru yeriyiblər.

 

Ancaq insanlar yuxularında tez-tez ölən dostları, yaxud qohumları ilə görüşdülərini də görüblər. Belə xəyallar ölməzdən əvvəl tez-tez olur. Lakin onlar həyəcan hissi doğurmayıb və dinclik bəxş edib.

 

Mütəxəssislərin fikrincə, bu cür yuxular görmək özlərinin tezliklə öləcəyini bilən insanların şüuraltı işinin nəticəsidir.

 

 

(Visited 2. 226 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir