Stressin ürəyə təsiri təsdiqləndi – ARAŞDIRMA

Yeni araşdırma nəticəsində stress və ürək xəstəlikləri arasında dəqiq qarşılıqlı əlaqə olduğu aşkar edilib. Bütün xəstəliklərin əsəbdən asılı olduğu çoxdan təsdiqlənib. Yeni araşdırmaya əsasən, stress və onun doğurduğu həyəcan həqiqətən xəstələnməyə gətirib çıxarır. Konkret olaraq buna görə ürək ağrımağa başlayır.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, stressin doğurduğu güclü əsəb gərginliyi ürək-damar xəstəliklərinin inkişafına səbəb olur. Bunu avropalı alimlər də sübut edib.

 

“Güclü stress keçirən istənilən insan somatik problemlərlə üzləşə bilər”, – elmi əməkdaşlar vurğulayır.

 

Onların apardığı araşdırma güclü neqativ assosiativ hisslər, müxtəlif pozuntu diaqnozu təyin edilən 136 637 insanın məlumatlarını nəzərə alıb. Bu adamlarla  27 il davam edən müşahidə aparılıb. Nəticədə stress və üzər xəstəlikləri arasında həqiqətən əlaqənin mövcud olduğu müəyyən edilib.

 

Bu zaman araşdırmaçılar  müəyyələşdiriblər: insanlarda ürək-damar xəstəliklərindən əziyyət çəkməklə bağlı ən yüksək risk güclü stressə gətirib çıxaran yaşadıqları hadisələrdən sonrakı ilk ildə müşahidə olunur.

 

Məlum olub ki, bu kateqoriyadan olan insanlarda  bu dövrdə ürək patologiyalarının riski güclü stress hissləri yaşamayanlarla müqayisədə 71 faiz çox olub.

 

 

(Visited 127 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir