Braziliyanın akademikləri öyrəniblər ki, çoşqun intim həyat qocalma prosesini sürətləndirir. Elmi əməkdaşlar bu fərziyyəni sübut etmək məqsədilə çoxsaylı araşdırma aparıblar.
Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, yeni araşdırma isə nümayiş etdirib ki, tez-tez cinsi əlaqə vaxtından əvvəl yaşlanmaya səbəb olur. Əvvəllər isə bir az fərqli fikirlər söylənilib: müntəzəm cinsi əlaqə gəncliyin uzadılmasına xidmət edir.
Sonuncu araşdırma gəmiricilər üzərində aparılıb. Nəticə göstərib ki, intim əlaqəyə çox böyük ehtiyat enerji gedir, müvafiq olaraq qalanı az qalır, çünki bu resurs məhduddur.
Tərəfdaşı ilə yaşayan heyvanlarda orqanizmin hüceyrələrində çox yüksək oksidləşdirici yük müşahidə olunub. Ən təəccüblüsü budur ki, o, gənclik dövründə ən dağıdıcı gücdə olur.