Serbiyanın prezidenti Aleksandr Vuçiç Yeni il gecəsi ölkədə ilk doğulan körpəyə- İskra adlı qıza baş çəkib.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Serbiyanın lideri bununla bağlı deyib ki, əgər ilk doğulan uşaq qızdırsa, bu, 2019-cu ildə sülh, təhlükəsizlik və sabitlik rəmzi deməkdir.
Dövlət başçısı xoşbəxt ana Militsa İvkoviçi təbrik edərək ona və körpəsinə ən xoş arzularını çatdırıb.
“Gözəl İskra, mən çox xoşbəxtəm ki, bu gecə sizə baş çəkdim, – Aleksandr Vuçiç qeyd edib. – Siz mələk almısınız”.