Əlləri olmayan 20 uşaq doğuldu

Fransada 20-dən çox uşağın əlləri olmadan doğulması ətrafında yaranan qalmaqal qızışır. Uşaqların valideynləri və vəkilləri baş verən bu anomallığın səbəbi ilə bağlı cavab tələb edirlər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, belə uşaqlar Fransanın bir neçə regionunda son 15 ildə doğulublar. Bu günlərdə uşaqların valideynlərinin hamısı, onların vəkilləri, eləcə də həkimlər Parisdə ilk dəfə körpələrin müəmmalı anadangəlmə qüsurla doğulmalarını müzakirə etmək üçün görüşüb. Müzakirələrə bu qədər sayda əlsiz uşaq doğulmasının səbəblərini müəyyənləşdirmək və təhlil etmək üçün alimlər də cəlb olunub.

 

Bu problem artıq Fransanın səhiyyə orqanlarını da narahat edib. Çünki doğuş qüsurları olan uşaqların sayı orta statistika normasını keçir. Ötən ilin sentyabr ayında Fransa televiziyasında bu cür uşaqların doğulması haqda xəbər verilib. Bununla bağlı hamiləlik zamanı Sante Publique France (SPF) milli agentliyinin təşəbbüsü ilə  toksikozadan tutmuş talidomidə qədər  dərmanlarla bağlı qalmqalın izi ilə yaradılan Remera ictimai səhiyyə orqanı bəyanat yayıb. Remera bütün ölkə üzrə doğuş qüsurlarını izləyir, SPF isə araşdırma aparacaq.

 

Rəsmi statistikaya əsasən, hər il Fransada ətrafların anadangəlmə qüsurları ilə 150-yə yaxın uşaq doğulur. Statistik təhlil əvvəlcə ölkə üzrə orta normanın keçildiyini göstərməyib, lakin səhiyyə naziri Anyez Buzin qeyd edib ki, bu problemin kökünü nəzərə almamağı mütəxəssislər üçün qəbuledilməz hesab edir.

 

Deməli, söhbət doğuş qüsuru ilə dünyaya gələn uşaqların sayının müəyyən həddi aşmasından və bunun səbəbinin araşdırlmasının lazım olmasından gedir.

 

(Visited 129 times, 2 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir