Azərbaycan əhalisinin sayı 10 milyona çatdı

Aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

 

Medpress.az-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

 

Azərbaycan  vətəndaşları Rauf  Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

 

Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir