ABŞ-ın Texas ştatının sakini 9 dəqiqəyə 6 uşaq dünyaya gətirib. Onların ikisi qız, dördü oğlandır. Yeni doğulan körpələrin çəkiləri 800-dən 1500 qrama qədərdir. Onların anası Telma Çiaka özünü yaxşı hiss edir.
Medpress.az-ın xarici mediayaistinadən verdiyi xəbərə görə, Çiaka qızlarına artıq ad da seçib. O, onları Zina və Zuriel adlandırmağı planlaşdırır. Qadın 4 oğluna isə hələ ki ad düşünməyib.
Texasdakı doğum evinin əməkdaşları deyiblər ki, 6 uşaq doğulması ehtimalı 4,7 milyard dəfədən birində olur.
Fevral ayında İraq sakininin 7 uşaq doğduğu haqda məlumat verilib. Diyala əyalətində 3 uşağı olan 25 yaşlı qadın dünyaya 6 qız və bir oğlan gətirmişdi. Üstündən bir neçə gün keçəndən sonra 7 uşağın hamısı xəstəxanada ölüb.