Azərbaycanda övladlığa götürmə qaydalarına ciddi dəyişiklik ediləcək

Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılan  işçi qrup “Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsi qaydaları”nın layihəsi hazırlanır.

 

Medpress.az-a nazirlikdən verilən məlumata görə, layihədə valideyn himayəsindən məhrum olan uşaqların ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar və ya qrup ailəyə) verilməsi, bu imkanlar olmadıqda valideyn himayəsindən məhrum olan uşaqlar üçün nəzərdə tutulan təhsil, tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilməsi məqsədi ilə vahid elektron uçotun aparılması qaydaları öz əksini tapacaq.

 

Müvafiq kateqoriyaya aid uşaqların övladlığa götürülməsi, övladlığa götürülən uşaqların saxlanması, tərbiyəsi və təhsili şəraitinə vahid nəzarət həyata keçiriləcək. Ona görə də layihədə bu sahədə nəzarət həyata keçirilməsi, eyni zamanda, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun aparılması, valideynlərinin tərk etdiyi, lakin övladlığa götürülməsinə yol verilməyən uşaqların himayədar və ya qrup ailələrdə yerləşdirilməsi ilə bağlı qaydalara da geniş yer verilir.

 

Layihənin hazırlanmasında övladlığa götürülən uşaqların iradə və mənafelərinin üstün tutulması, onların yeni ailələrdə layiqli yaşayış tərzinə malik olmaları, bu istiqamətdə nəzarətin gücləndirilməsi, həmçinin övladlığagötürmə prosesində şəffaflığın və sadə prosedurun təmin edilməsi əsas prinsiplər kimi diqqətdə saxlanılır.

 

(Visited 50 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir