2018-ci ildə dövlət hesabına 246 uşaqda kardiocərrahiyyə əməliyyatı edilib

2018-ci ildə dövlət hesabına 246-sı uşaq olmaqla, 998 nəfər üzərində kardiocərrahiyyə əməliyyatı icra olunub. 1686 angioqrafiya müayinəsi aparılıb və 633 angioplastika əməliyyatı həyata keçirilib.

 

Medpress.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

 

Şöbə müdiri bildirib ki, son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşaq üzərində uğurla koxlear implantasiya əməliyyatı aparılıb. Ümumilikdə, 2018-ci ildə 280 mindən çox xəstə üzərində müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib.

 

 

 

(Visited 41 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir