Bir bədəndə iki başı olan siam əkizləri doğuldu

Yəmənin paytaxtı Sanada qeyri-adi siam əkizləri doğulub: iki uşaq sanki bir bədənə “kilidlənib”. Uşaqların iki cüt daxili orqanı var, ancaq onlar ümumi bədənə yerləşib. Bir bədəndəki iki başlı uşaqların iki əli və iki ayağı var.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, siam əkizlərinin dünyaya gəldiyi xəstəxanada heç vaxt bu cür anomallıqla qarşılaşmayıblar – bu bütün ölkə üçün unikal hadisədir.

 

Əkizlər yanvar ayında doğulub. Onlar oğlandır: ümumi bədəndə iki baş, iki ürək, iki mədə, iki bel var. Həkimlərin heç biri uşaqların yaşayacağına əmin deyil, ancaq hələ ki onların vəziyyəti sabitdir. Mütəxəssislər gözlənilməz nəsə baş verərsə, əkizlərdən yalnız birinin yaşaya biləcəyini söyləyirlər. Onların sözlərinə görə, uşaqlara mükəmməl yardım yalnız xaicdə mümkün ola bilər – Yəməndə səhiyyə hazırda yaxşı səviyyədə deyil.

 

20 yaşı olan əkizlərin atası söyləyib ki, uşaqların ayrımasını arzulamır və onlardan hansının sağ qalıb-qalmaması haqda qərar verməyə hazır deyil.

 

“İstəyirəm ki, onların ikisi də bir bədəndə yaşasın. Mən Allahın verdiyinə etiraz etmirəm”, – kişi vurğulayıb.

 

(Visited 116 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir