Sərxoş baba və nənə nəvələrini peçdə yandırdılar

Xakasiyanın Xaroy kəndinin iki sakini spirtli içki qəbulundan sonra 11 aylıq nəvələrini qaynar peçə atıblar, nəticədə uşaq ölüb.

 

Medpress.az Rusiya mediasına istinadla bildirir ki, istintaqın versiyasına görə, uşağın 18 yaşlı anası qonşu kəndə gedib və oğlunu 43 yaşlı nənəsi və 47 yaşlı babasının yanında qoyub. “Şübhəlilər sərxoş vəziyyətdə nəvənin ölümünü həyata keçiriblər. Uşağın yüksək temperaturun təsirindən sonra öldüyünü ailənin qohumu odun peçində aşkar edib”, – xəbərdə vurğulanır.

 

Şübhəlilər saxlanılıblar. Onların 4 uşağı var: uşağın anası da olmaqla 3-ü böyükdür,  oğlanlarından biri  isə səkkizinci sinifdə oxuyur.

 

(Visited 151 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir