Bu meyvənin çiçəyi hər dərdə dərmandır

Ləzzəti və faydaları ilə mətbəximizdə yer tutan və sevə-sevə yediyimiz bananın çiçəyinin də çox faydalı olduğunu bilirdinizmi? Tədqiqatlar nəticəsində qədim zamanlarda dərman olaraq istifadə edilən banan çiçəyinin hər dərdə dərman olduğu ortaya çıxıb.

 

Medpress.az xarici mediaya istinadla şəkər xəstəliyindən xərçəngə qədər saysız-hesabsız faydası olan banan çiçəyi ilə bağlı faydalı məlumatları tədqim edir. Bananın faydalarını artıq hamımız bilirik. Ancaq banan çiçəyinin sağlamlıq baxımından inanılmaz faydalar verdiyini və demək olar ki, hər dərdə dərman olduğunu bilirdinizmi? Aparılan araşdırmalar nəticəsində banan çiçəyinin içərisində yer alan tumurcuqların təbii dərman təsiri göstərdiyi ortaya çıxıb.

 

Banan ağacındakı banan dəstəsinin sonunda yerləşən, tünd bənövşəyi rəngdə bir çiçəkdir. İç hissəsində isə banan meyvəsi yaradacaq xırda tumurcuqlar yerləşir. Banan ağacı içərisində olan təbii minerallar sayəsində qədim zamanlarda dərman olaraq istifadə edilərmiş. Bəs nəyə yaxşı təsir edir banan çiçəyi, nə kimi xəstəliklərə şəfa olur?

 

Şəkər xəstəliyini müalicə edir

 

Diabet xəstələri və ya qan azlığından əziyyət çəkən xəstələr  banan çiçəklərindən bol-bol istifadə etməlidir. Banan ağacı lif və dəmir baxımından zəngin olduğu üçün qan şəkəri səviyyəsini aşağı salır və eyni zamanda orqanizmdəki hemoqlobin səviyyəsinin yüksəlməsini təmin edir.

 

Vitamin anbarıdır

 

Banan çiçəklərinə mühüm vitamin növləri olan C, A və E vitamin daxildir. Eyni zamanda önəmli dərəcədə kalium və lif daşıyırlar.

 

Həzmi asanlaşdırır

 

Banan çiçəkləri lif  baxımından zəngindir. Deqradasiya lif suyun içinə çataraq qidaların həzm kanalına asanlıqla daxil olmasının təmin edir. Ayrılmayan lif  isə suda həll edilmədiyindən həzm edilməmiş qidaların həzm edilməsinə yardımçı olur.

 

Xərçəngin qarşısını alır

 

Orqanizmdə dolaşan sərbəst radikallar səhiyyə problemlərinin əsas səbəblərindən biri kimi qəbul edilir. İmmunitet və müqavimət gücünü zəiflədir. Banan çiçəkləri sərbəst radikallarla döyüşər, xərçəng kimi pis niyyətli xəstəliklərin ehtimalını azaltmağa kömək edir. Eyni zamanda, erkən qocalmağın qarşısını alır.

 

Xəstəliklərdən qoruyur

 

Patogen uzaqda tutur. Antı bakteriyal xüsusiyyətlərə malikdir. Bu səbəblə hər hansı bir infeksiya əmələ gəlməsinin qarşısını alaraq xəstəliklərdən qoruyur.

 

(Visited 281 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir